Accessibility links

ABŞ qanunvericiləri İranla əldə olunmuş nüvə razılaşmasıyla bağlı ətraflı məlumatın açıqlanması üçün yüksək səviyyəli rəsmilər' təzyiq göstərirlər.

Dövlət katibi Con Kerri və ABŞ Maliyyə naziri Ceykob Leuya İranın nüvə razılaşmasından sonra sanksiyaların ləğvi ilə əldə edəcəyi gəlirlər haqda suallar ünvanlanıb.

Leu bildirib ki, İranın dondurulmuş aktivlərindən bəziləri dünya banklarında saxlanılır və hətta Konqres nüvə razılaşmasını rədd etsə belə həmin aktivlər sərbəst buraxılacaq.

Respublikaçıların çoxluq təşkil etdiyi Konqresin nüvə razılaşmasını sentyabrda keçiriləcək səsvermədə rədd edəcəyi gözlənilir.

Prezident Barak Obama Konqres razılaşmanı rədd edərsə qərara veto qoyacağına söz verib.

XS
SM
MD
LG