Accessibility links

Konqres İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır


ABŞ Konrqesinin Nümayəndələr Palatasının qanunvericiləri İrana qarşı daha ciddi yeni sanksiyalar tətbiq etmək üçün səsvermə keçirməyə hazırlaşır. Sanksiyaların əsas məqsədi İranın neft ixracının minimuma endirilməsindən ibarətdir.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında İranın neft ixracatının il ərzində daha bir milyon barrel azaldılmasını nəzərdə tutan qanunla bağlı səsermənin çərşənbə günü keçiriləcəyi gözlənilir.

Senatda hələlik buna oxşar qanun layihəsinin olmadığına görə Nümayəndələr Palatasında asanlıqla qəbul ediləcək qanun dərhal qüvvəyə minməyəcək. Senatın Bank işləri üzrə komitəsi sentyabr ayında qanun layihəsini müzakirəyə çıxara bilər. Bundan sonra qanun layihəsi Konqresdə tam tərkibdə səsverməyə qoyula bilər.

Nümayəndələr Palatası bu həftə qanun layihəsini təsdiq etsə, bu, Konqresdə bəzi qanunvericilər və prezident Obama administrasiyasının bəzi üzvləri arasında məsələ ilə bağlı fikir ayırlıqlarını mövcud olduğunu nümayiş etdirəcək.

Bəzi qanunvericilər İranın mübahisəli nüvə proqramının qarşısını almaq üçün kifayət qədər qətiyyət göstərilmədiyini düşündüyü halda, Obama administrasiyası keçən həftə İrana qarşı sanksiyaların bir hissəsinin yüngülləşdirilməsinə istiqamətində addım atmışdı.
XS
SM
MD
LG