Accessibility links

Konqresdə ABŞ-ın İŞİD-lə bağlı strategiyası müzakirə edilib [Video]


Konqresdə ABŞ-ın İŞİD-lə bağlı strategiyası müzakirə edilib
please wait

No media source currently available

0:00 0:02:50 0:00

ABŞ-ın müdafiə naziri Amerikanın İslam Dövlətinə əlavə təzyiq məqsədi ilə İraq və Suriyaya xüsusi təyinatlı qüvvələrin yerləşdiriləcəyini bəyan edib. Eş Karterin bəyanatı ABŞ Konqresində prezident Barak Obamanın İŞİD-lə bağlı siyasətinə dair dinləmələr keçirildiyi vaxta təsadüf edib.

Paris hadisələrindən sonra bir çox respublikaçı qanunverici Obama administrasiyasının İŞİD-in məğlubiyyəti üçün lazımi tədbirlər görmədiyini bildirib. Müdafiə naziri Eş Karter Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində Pentaqonun yeni səylərindən danışıb. "İraq hökuməti ilə koordinasiyalı şəkildə İraq və küdrlərin Peşmərgə qüvvələrinə yardım məqsədi ilə xüsusi təyinatlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələr zamanla reydlər təşkil edəcək, girovların azad edilməsi əməliyyatlarında iştirak etməklə yanaşı, kəşfiyyat məlumatları toplayacaq, İslam Dövləti liderlərini ələ keçirəcək. Qüvvələr Suriyada da eyni əmliyyatlarda iştirak edəcək."

Pentaqon nə qədər əsgəri qüvvənin göndərilməsinə dair açıqlama vermib. Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti Pentaqonun planını alqışlayıb. Lakin demokrat senator Adam Smit region ölkələrinin daha artıq iş görməsinin vacibliyini vurğulayır. “Bizin görəcəyimiz iş regionda vasitəçilik etməkdir. Xüsusilə İŞİD əleyhinə döyüşən sünnilərlə. Qərb qüvvələri İŞİD-in təbliğatını gücləndirməklə yanaşı, sıralarına əlavə döyüşçüləri cəlb edə bilər. Bu isə öz növbəsində qrupun məğlubiyyətini çətinləşdirər.”

Parisdəki iqlim sammitində çıxış edən ABŞ dövlət başçısı Barak Obama dövlətlərin koalisiyasının İŞİD-i məğlub edə biləcəyini və Rusiya prezidenti Vladimir Putinin Suriyada siyasi dəyişikliyi dəstəkləyəcəyinə dair nikbinliyini bildirib. “Düşünürəm ki, yaddaşlardan silinməyən Əfqanıstanı nəzərə alaraq cənab Putin bunu başa düşür. İflic halını almış vətəndaş müharibəsi onun görmək istədiyi nəticə deyil.”

Bəzi qanunvericilər İŞİD-ə qarşı əməliyyatlara Konqresin sərəncam verməli olduğunu deyir. Respublikaçı Uolter Cons: “İŞİD-in məğlubiyyətinin Konqresin konstitusional cavabdehliyi ilə baş tutması yardımçı olmazmı?

Müdaiə naziri Karter deyir ki, bu, həyatlarını ortaya qoyan qüvvələrə yardım edə bilər. Belə ki, onlar Konqres və bütöv dövlətin onların arxasında durduğunu bilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG