Accessibility links

ABŞ Konqresi hökumətin fəaliyyətini bir neçə ay davam etdirməsi və Zika virusu ilə mübarizəyə 1.1 milliard dollar ayrılmasını nəzərdə titan məsrəf qanununu təsdiq edib.

Sənəd Nümayəndələr Palatasında 342-85, Senatda isə 72-26 səslə qəbul edilib.

Cari ayın sonunda başa çatan büdcə ilinin uzadılmaması təsdirinndə bir çox hökumət orqanı işini davam etdirə bilməyəcəkdi. Yeni məsrəf qanunu dekabr ayının 9-a dək bir müddəti nəzərdə tutur.

Sənəd Konqres liderlərinin Miçiqan ştatının Flint şəhərində yaşanan su böhranının həllində razılıq əldə edildikdən sonra təsdiqlənib.

500 million dollarlıq vəsair daşqınlara məruz qalan Luizina və digər ştatlara ayrılıb.

Demokratlar respublikaçıların Flintə yardım təklifini qəbul etmədikləri təsdiqdə sənədi təsdiq etməyəcəkləri ilə hədələmişdi. Bu şəhərdə 100 mindən artıq sakin iki həftədir qurğuşunla zəhərlənmiş su içməli olub.

XS
SM
MD
LG