Accessibility links

Konqres seçkilərində respublikaçıların qələbə şansı [Təhlil]


ABŞ-da noyabr ayı Konqres seçkilərindən əvvəl respublikaçılar demokratların nəzarətində olan Senatın nəzarətini ələ keçirəcəklərinə böyük ümid bəsləyir. Hər iki partiyanın qanunvericiləri və Ağ Evin diqqəti 435 üzvlü Nümayəndələr Palatası və 100 yerli Senatın 36 yeri üzərində mərkəzləşib

Təhlilçilərin əksəriyyə respublikaçıların Nümayəndələr palatasında üstünlük təşkil edəcəyi və Senatda əksəriyyət əldə etmək üçün 6 əlavə yeri ələ keçirəcəyini düşünür.

İkipartiyalı Siyasət Mərkəzinin eksperti Con Fortier deyir ki, respublikaçılar bəzi ştatlarda demokratların təqaüdə çıxmasından bəhrələnə bilər. “Senatdakı respublikaçıların əlavə 6 yeri tutmaq şansı yüksəkdir. Respublikaçılar üçün yaxşı xəbər bu yerlərin əsasən respublikaçıları dəstəkləyən ştatlara məxsus olmasıdır.”
O, prezident Barak Obamanın reytiniqinin düşməsinin də respublikaçılara yardım edəcəyini deyir.
Həqiqət odur ki, bu qanunu düzəldə bilməyəcəyik. Bu, kökündən çıxarılmalıdır
Con Beyner

Noyabr seçkiləri kampaniyasında digər əsas factor prezidentin tibbi sığortasına ictimai rəy olacaq.

Respublikaçılar kampaniya zamanı bu qanunun əleyhinə olduqlarını diqqətə çatdıracaq. Bunu Nümayəndələr Palatasının spikeri Con Beyner deyir. “Həqiqət odur ki, bu qanunu düzəldə bilməyəcəyik. Bu, kökündən çıxarılmalıdır. Bunu eşitməkdən yorula bilərsiniz. Lakin nə qədər ki, qanun qüvvədədir hər şey daha da pisləşəcək. Biz buna qarşı mübarizəmi davam etdirəcəyik.”

Prezident Obama isə qanunu müdafiə edərək, respublikaçıları səhiyyə xidmətlərini yaxşılaşdırmaq marağında olmadığında günahlandırır. “Bu qanunun hər hansısa probleminin həlli və ya yaxşılaşdırılması deyil. Biz milyonlarla insanın sağlamlıq sığortasına malik olmasına çalışırıq. Biz onların yenidən sığortasız qalmasını istəmirik. Və bu baş verməyəcək."

Prezident bundan əlavə demokratları noyabr seçkilərində fəal iştiraka çağırıb. O deyib ki, Konqres seçkilərində respublikaçıların çox hallarda qələbəsini seçicilərin qeyri-fəallığı təmin edib.
Biz milyonlarla insanın sağlamlıq sığortasına malik olmasına çalışırıq. Biz onların yenidən sığortasız qalmasını istəmirik. Və bu baş verməyəcək
Barak Obama

Təhlilçilər hesab edir ki, respublikaçıların Senatın nəzarətini ələ alması Obamanın prezidentliyinin son iki ili ərzində daha artıq çıxılmazlıqlara yola aça bilər.

Siyasi təhlilçi Tom DeFrank deyir ki, noyabr seçkilərində prezident məğlub olsa, bu onun veto yolu ilə idarəçiliyini zəiflədəcək. Bu isə onun nəzarətinə ciddi xələl gətirəcək.

Son dəfə respublikaçılar Konqresin hər iki palatasına Corc Buş dövründə sahib olub. 2006-cı ildə onlar həm Nümayəndələr Palatası, həm də Senatda azlıqda olub. 2010-cu ildə respublikaçılar Nümayəndələr Palatasının nəzarətini ələ keçirməyə nail olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG