Accessibility links

Gələn həftədən Konqresin hər iki palatasına nəzarət etməyə hazırlaşan respublikaçılar bu həftə çətinliklərlə qarşılaşıb.

Bazar ertəsi Nyu-York ştatının nümayəndəsi Maykl Qrim vəzifəsindən istefasını açıqlayıb. Cənab Qrim bir neçə gün öncə vergidən yayınmaqda müqəssir olduğunu etiraf edib.

Öz istefa bəyanatında sabiq dəniz piyadası və Federal Təhqiqat Bürosunun agenti olan Nyu-York qanunvericisi Konqresdə səmərəli işləyə biləcəyinə inanmadığını bildirib. O, vəzifəsinə və təmsil etdiyi insanlara hörmət əlaməti olaraq yanvar ayının 5-i istefaya gedəcəyini bildirib.

Cənab Qrimin istefasını açıqlamadan öncə Nümayəndələr Palatasının spikeri Con Beynerlə görüşdüyü bildirilir. Dekabrın 23-ü isə təqsirini etiraf etdikdən dərhal sonra konqresmen istefa etməyəcəyini bildirmişdi.

Bundan əlavə, Nümayəndələr Palatasının əsas respublikaçı üzvlərindən biri olan Luisiana ştatının nümayəndəsi Stiv Skaliz bir neçə il bundan öncə ağ irqin üstünlüyünü təbliğ edən insanların iclasında çıxış etdiyi üçün istintaq altındadır.

XS
SM
MD
LG