Accessibility links

ABŞ Konqresinin respublikaçı liderləri demokratların prezident Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrinin araşdırılması üçün xüsusi komitə yaradılmasına dair çağırışını rədd edib.

ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın hakerlik və sənədlərin sızdırılması ilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib.

Rusiya isə ittihamları rədd edir.

Mərkəzi Kəşfiyyat Agentliyi (CİA), Milli Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu (FBİ), habelə Ədliyyə Nazirliyi məsələni hələ demokrat prezident Barak Obama dövründə qaldırıb.

Komitə üzvləri bu agentliklərin əldə ediyi məlumatlara tam çıxış əldə etməlidir.

İlk dəfə panel məsələ ilə bağlı dinləmələri bazar ertəsinə təyin edib. FBİ direktoru Ceyms Komi və digər liderlər dinləmələrə dəvət alıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG