Accessibility links

Təhlilçilər Amerikada noyabrın 4-ü ara seçkilərdə respublikaçıların son 10 ildə ilk dəfə olaraq Konqresə nəzarətə ələ ala biləcəyini qabaqcadan söyləyir. Bunun demokratların hakimyyətdə olacağı növbəti iki ildə prezident Barak Obama ilə siyasi mübahisələri yeni müstəviyə çıxaracağı gözlənilir.

Birləşmiş Ştatlarda daha mühafizəkar partiya hesab edilən Respiblikaçılar partiyası 435 yerlik Nümayəndələr Palatasına artıq nəzarəti əlinə alıb və ara seçkilərdən sonra tutduğu 233 yerə yeni yerlər əlavə edə bilər. Respublikaçılar 100 yerlik Senatda da nəzarəti özünə təmin edə bilər. Hazırda Senatda 55 yerə malik liberal demokratlar üstünlüyə malikdir.

Noyabrın 4-ü Konqresin Nümayəndələr Palatasında bütün yerlər, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilir. 2012-ci ildə yenidən dörd il müddətinə prezident seçilən cənab Obama özü olmasa da, seçki bülletenlərində onun siyasətinə səs verildiyini bildirib.

Cənab Obamanın reytinqi 40 faiz enərək, ən aşağı səviyyədədir. Respublikaçı namizədlər cənab Obamanın iki il bundan əvvəl məğlub olduğu ştatlarda Senata yerləri tuta bilər

XS
SM
MD
LG