Accessibility links

ABŞ-ın Nümayəndələr Palatası Sendi qasırğası qurbanlarının sığorta planını qəbul edib


ABŞ-ın yeni Nümayəndələr Palatası bu gün Sendi qasırğası qurbanlarının 9 milyard dollarlıq sığorta planını səsə qoyub. 435 yerli palatada plan 354 lehinə, 67 əleyhinə səslə təsdiqlənib. Səsvermə əvvəlki palatanın məsələni gündəmə gətirməməsinə dair kəskin tənqidlərdən sonra keçirilir. İkinci səsvermə yanvar ayının 15-nə təyin edilib.

Senat artıq 60 milyard dollarlıq yardım paketini təsdiq edib.

Sendi qasırğasının ABŞ-ın şərq sahillərinə vurduğu ziyan milyardlarla dollarla ölçülür. Təbii fəlakət 125 adamın ölümünə səbəb olub.

Dünən and içərək işinə başlayan 113-cü Konqres qarşısında ölkənin 16.4 trillion dollarlıq borcu və silahlara nəzarət, habelə mühacirət təklifləri kimi mühüm məsələlərin həlli durur.


ABŞ hökuməti gələn iki ay ərzində hesablarını ödəyəcəyini, lakin bundan sonra borcların limitinin artırılması məsələsinin gündəmə gətiriləcəyini bildirir. Əks təqdirdə ölkəni pulsuzluq gözləyir.

Demokrat prezident Barak Obama borcların artırılması məsələsinin müzakirəyə çıxarılmasının əleyhinədir. Lakin respublikaçı qanunvericilər borcların gündəmə gətirilməsi ilə yanaşı, hökumətin məsrəflərinin ixtisarını tələb edəcəklərini deyirlər.

Yanvarın 20-də inaqurasiyası keçiriləcək Obamanın partiyası Konqresdə üstünlük əldə edib. Senatda onlar 55, Nümayəndələr Palatasında isə 201 yer qazanıb.

Konqresə 12 yeni senator və 84 yeni nümayəndə seçilib. Demoqrafik baxımdan Konqres ağdərili, yaşlı və kişi üzvlərdən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG