Accessibility links

Konqres komitəsi Trampın "dinlənildiyi"nə dair sübut tapılmadığını bildirir


ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri Devin Nunes və Adam Şiff
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri Devin Nunes və Adam Şiff

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvləri ABŞ prezidenti Donald Trampın sələfi prezident Barak Obamanın noyabr seçkilərindən öncə onun telefon danışıqlarının dinlənilməsi haqda göstəriş verdiyinə dair iddialarının heç bir əsası olmadığı haqda nəticə çıxarıb.

“Biz bunun baş verdiyinə dair heç bir dəlilə malik deyilik. Tramp qülləsində danışıqların dinlənildiyini düşünmürük”-deyə Komitənin sədri, respublikaçı konqresmen Devin Nunes bildirib.

Komitədə nüfuzlu demokrat qanunverici Adam Şiff də bununla razılaşaraq bildirib:”Bu günə qədər mən (Obamanın dinlənilmə haqda göstərişinə dair) heç bir dəlil görməmişəm, buna heç bir əsas yoxdur.”

Nunes və Şiff Ədliyyə nazirliyindən gələn həftənin bazar ertəsi gününə qədər nazirliyin Trampın danışıqlarının dinlənilməsinə dair məlumatı olub-olmadığı haqda informasiya veriləcəyini gözlədiklrini bildiriblər. Lakin onlar təhqiqatın dinlənilməyə dair heç bir sübut aşkar etmədiyini bildirib. Konqres təhqiqata Ağ Evin müraciəti əsasında Trampın martın 4-də Tvitter səhifəsində dinlənilmə haqda iddialar irəli sürməsindən sonra başlayıb.

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi həmçinin Trampın kampaniya müşavirləri və Rusiya rəsmiləri arasında onun Ağ Ev uğrunda mübarizə apardığı uzun müddət ərzində və seçkilərdə qələbə qazandıqdan sonra yanvarın 20-də vəzifəsinin icrasına başladığı dövrə qədər əlaqələrini araşdırır.

Nunes deyib ki, Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi gələn həftə Kəşfiyyat komitəsi qarşısında dinlənilmə haqda iddialar və agentliyin Rusiyanın Trampın qələbəsinə kömək məqsədilə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə verəcək.

Onun sözlərinə görə, komitə cümə günü Trampın Rusiya rəsmiləri ilə kontaktları olan köməkçilərinin adları ilə bağlı informasiya alınacağını gözləyir. Hələlik Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak arasında kontaklar haqda məlumat mövcuddur. Tramp Flinni vitse-prezident Mayk Pensə Kislyakla danışıqları haqda düzgün informasiya vermədikdən sonra vəzifəsindən kənarlaşdırıb.

Prezident Tramp keçən həftə Tvitter səhifəsində heç bir dəlil gətirmədən keçmiş prezident Barak Obamanın Tramp qülləsindəki telefonların dinlənilməsinə dair göstəriş verdiyini yazmışdı. Lakin prezident bundan sonra bu iddiaları əsaslandıracaq heç bir dəlil gətirməyib və müxbirlərin iddialarla bağlı suallarından yayınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG