Accessibility links

ABŞ paytaxtında qadının maşını Ağ Ev qarşısındakı baryera vurması ilə polisin onu təqib etməsi və qadının ölümünə səbəb olan atışma ilə bağlı təhqiqat davam edir.

34 yaşlı qaradərili Miriam Kerinin anası İdella Keri qızının doğuşdan sonra derpessiyada olduğunu bildirib.

Dünən hadisə ilə bağlı ABŞ Konqresi bir saat bağlı saxlanılıb.Qanunvericilərdən xəsarət alan olmayıb.

Qadın onu təqib edən polisin avtomobilini vuraraq, bir zabiti yaralayıb. Hadisə əsnasında başqa polisin də yaralandığı deyilir. Həkimlər hər iki polisin durumunun qənaətbəxş olduğunu bildirib.

Polis insidentin terror aktı olmadığını deyir. Rəsmilər habelə qadının idarə etdiyi avtomobildə bir yaşlı uşağın olduğunu bildirib.
XS
SM
MD
LG