Accessibility links

ABŞ konqresmenləri Respublika Günü münasibəti ilə bəyanatlarla çıxış edib


Konqres binası
Konqres binası

Konqresmenlər Azərbaycanın ABŞ-ın yaxın müttəfiqi olduğunu bəyan edib

28 may 2014-cü ildə ABŞ Konqresinin üzvləri Bil Şuster, Paul Kuk, Mişel Qrişam, Virciniya Foks və Madelin Bordallo Azərbaycanın Respublika Gününün 96-cı ildönümü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Bil Şuster öz bəyanatında Azərbaycan və ABŞ arasındakı sıx münasibətləri xüsusi vurğulayıb. O, Azərbaycanın qlobal enerji bazarında artan əhəmiyyətini qeyd edərək, ölkənin Avropanı əlavə təbii qazla təmin edəcək Cənubi Qaz Dəhlizində aparıcı rol oynadığını bəyan edib.

Eyni zamanda, Konqresmen Şuster bəyanatında Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsindəki uğurlu əməkdaşlığı, ölkədə müxtəlif din və etnik qrupların harmoniya halında yaşadığını deyib.

Konqres üzvü Virciniya Foks bəyanatında Azərbaycanın ABŞ üçün dəyərli müttəfiq olduğunu və beynəlxalq terrorçuluğa qarşı müharibədə ABŞ-a qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm oyunçulardan biri olduğunu qeyd edib.

Konqres üzvü Mişel Qrişam Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövləti qurduğunu deyib və Azərbaycan xalqını Respublika Gününün 96-cı ildönümü münasibətilə təbrik edib. O, Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalq üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Konqresmen Paul Kuk Azərbaycanın Respublika Günü münasibətilə verdiyi bəyanatında strateji regionda yerləşən Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olduğunu deyib. Eyni zamanda, Konqresmen Azərbaycanın İsraillə yaxın münasibətlərini xüsusi qeyd edib.

Konqres üzvü Madelin Bordallo bəyanatında Respublika Günü münasibətilə təbriklərini ifadə edib və 1918-ci qurulmuş Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən bəhs edib. O, Azərbaycan və ABŞ arasındakı yaxın tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG