Accessibility links

Dünyanın ən böyük kitabxanası ABŞ Konqres Kitabxanasıdır [Video]


ABŞ Konqres Kitabxanası

ABŞ Konqres Kitabxanası

Kitabxana 16 milyondan çox kitab və 120 milyondan çox digər orijinal kolleksiyaları ozündə birləşdirir

ABŞ-ın Konqres Kitabxanası dünyanın ən böyük kitabxanasıdır.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, konqresin kargüzarlıq ehtiyaclarına xidmət göstərmək üçün 1800-cü ildə təsis olunanda Konqres Kitabxanasında cəmi 6.487 kitab var idi. Hazırda kitabxana qədim Çin ağac yazılarından tutmuş kompakt disklərə qədər, 16 milyondan çox kitab və 120 milyondan çox digər orijinal kolleksiyaları ozündə birləşdirir.

Bundan əlavə Konqres Kitabxanasının imzaladığı müqaviləyə əsasən, 2006-cı ildən yaradılmış Twitter-in hər tweet edilmiş mesajı kitabxananın arxivində saxlanılır. Nəticədə, 2013-cü ilə kimi kitabxana hər gün yarım milyard tweet mesajlarını arxivləşdirib! Bu gün Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası sayılır.

XS
SM
MD
LG