Accessibility links

Konqresdə ABŞ-Azərbaycan iqtisadi əlaqələrinə dair brifinq keçirildi [Video]


ABŞ Konqresində Azərbaycanla biznes əlaqələrinə dair brifinq keçirilib
please wait

No media source currently available

0:00 0:03:50 0:00

ABŞ Konqresində Azərbaycanla biznes əlaqələrinə dair brifinq keçirilib

Birləşmiş Ştatlar Konqresində mayın 30-da ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə brifinq keçirilib. Konqres üzvlərini və iri korporasiya təmsilçilərini bir araya gətirən brifinqin başlıca mövzusu ABŞ-la Azərbaycan arasında enerji, ticarət və inkişaf sahəsində əməkdaşlıq olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov brifinqi Azərbaycanla ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm tədbir kimi qiymətləndirib.
ABŞ ticarət nazirinin müavin yardımçısı Metyu Murray Azərbaycanı və ümumilikdə Cənubi Qafqaz regionunu ABŞ üçün strateji baxımdan önəmli məkan adlandırıb. “Azərbaycanla əməkdaşlıq çoxşaxəli olmalıdır,” deyə cənab Murray ölkələr arasında təkcə enerji sahəsində deyil, kənd təsərrüfatı, ələlxüsus ərzaq emalı sahəsində bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

Eyni zamanda cənab Murray Azərbaycanı Dünya Ticarət Təşkilatına üzvlüyü nəzərdən keçirməyə və biznes idarəçiliyində şəffaflığı artırmağa çağırıb.

Alabama ştatını təmsil edən Respublikaçı konqresmen Robert Aderholt çıxışında Azərbaycanı ABŞ-ın tərəfdaşı kimi gördüyünü söyləyib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olduğunu vurğulayan cənab Aderholt Azərbaycanın Rusiyanın Krımı işğal etməsinə dair BMT qətnaməsinə dəstək verməsini müsbət qiymətləndirib.
Bir il bundan öncə Azərbaycanda səfərdə olduğunu deyən cənab Aderholt bu ölkə haqda çox şey öyrəndiyini və yaxın gələcəkdə yenidən Bakıya səfər edəcəyini bildirib.

Brifinqin ikinci hissəsində isə BP, Azərbayncan Dövlət Neft Şirkəti, Statoil, Boeing, “Ortib Elmləri”, Exelis və Mikrosoft şirkətlərinin yüksək vəzifəli nümayəndələri çıxış edib. Onlar iki ölkə arasında biznes əlaqələrinin qurulmasının tarixçəsinə nəzər salıb.

Brifinqdən sonra Amerikanın Səsinə açıqlamasında “Statoil”in vitse prezidenti Jan Karl Karlsen Ukrayna ilə Rusiya arasında gərginliyin yanacaq sahəsinə təsirlərindən danışıb.
“Fikrimcə siyasi böhranın dərinləşməməsi hamının marağındadır. Brifinq zamanı da söylədiyim ki, biz düşünürük ki, Avropaya təchizatın çoxşaxəli olmasını hamı istəyir. Bu, həm istehsalçı ölkənin, həm də istehlakçıların marağındadır," deyə cənab Karl bildirib.

Boeing şirkətinin baş vitse-prezidenti Martin Bentrott isə Amerikanın Səsinə AZAL-la əməkdaşlığın istiqamətlərindən danışaraq ötən bir neçə ildə şirkətin Azərbaycana bir neçə iri təyyarə satdığını vurğulayıb: "AZAL-la ilk əməkdaşlığınız 2000-ci ilə təsadüf edir. Əməkdaşlıq çox müsbət olub. Onlara 4 ədəd 757, 3 ədəd 767 təyyarəsi göndərmişik. Bu yaxınlarda isə Bakıda yük daşınması biznesinin inkişafı ilə biz onlara 2 ədəd 767 yük təyyarəsi vermişik. AZAL-la Bakıda təlimlər keçərək tərəfdaşlıq edirik. Buraya həm pilotların təlimi, həm də texniki treyninq daxildir”.

Brifinq naharla başa çatıb.
XS
SM
MD
LG