Accessibility links

Konqresdə Türkiyəyə dair üç səslə qəbul edilmiş qərar


Konqresdə Türkiyəyə dair üç səslə qəbul edilmiş qərar

Konqresdə Türkiyəyə dair üç səslə qəbul edilmiş qərar

Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan iki qanunvericinin səsi ilə qəbul edilən layihəni ədalətsiz, haqsız və lazımsız kimi qiymətləndirib


Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihə qəbul edilib.

Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan iki qanunvericinin səsi ilə qəbul edilən layihəni ədalətsiz, haqsız və lazımsız kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyinin Nümayəndələr Palatasında səsvermə ilə əlaqədar bəyanatında deyilir ki, sənədin cəmi üç qanunvericinin səs verməsi ilə qəbul edilməsi məsələyə marağın nə dərəcədə az olduğunu göstərir. Bəyanatda Türkiyədə çox sayda kilsənin fəaliyyət göstərməsi və ölkədə din azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən islahatlar qeyd edilir.


Sənəd 435 qanunvericinin təmsil olunduğu Nümayəndələr Palatasının ümumi iclasının gündəliyinə salınıb, lakin səsverməyə çıxarıldıqda zalda yeddi qanunverici, bundan qırx dəqiqə sonra səsvermə zamanı isə yalnız üç konqresmen olub.

Layihəni Konqresə təqdim edən Kaliforniya ştatından respublikaçı qanunverici Ed Roys və Demokrat qanunverici Hovard Berman onun lehinə, KonqresdəTürkiyə üzrə İşçi qrupun həmsədri Ed Vitfild isə onun əleyhinə səs verib.

Kaliforniya ştatından konqresmenlər Hovard Berman və Ed Roys Türkiyədə din azadlıqlarının pozulduğunu, Konqresdə Türkiyə üzrə İşçi qrupun həmsədri Ed Vitfild isə ölkədə bu sahədə mühüm inkişafın əldə edildiyini və Ankara hökumətinin qınanması əvəzinə, təqdir edilməli olduğunu bildirib.

Nümayəndələr Palatasının 306 saylı qətnaməsi Türkiyəni xristian irsini mühafizə etməyə və müsadirə edilmiş kilsə mülkiyyətlərini geri qaytarmağa çağırır. Erməni və yunan lobbiləri tərəfindən dəstəklənən layihədə Türkiyədə dini ayrı-seçkiliyə son qoyulması, kilsələrdə dini ayinlərin icra edilməsinə imkan yaradılması, kilsələrin və digər ibadət yerlərinin sahiblərinə qaytarılmasına çağırılır. 1915-ci il hadisələrinə istinad edən ifadələr bundan əvvəl sənədin mətnindən çıxarılmışdır. Layihə qeyri-icbari xarakter daşıyır.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatarına qoşularaq sənədin Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına qarşı kampaniya aparıb. ABŞ Azərbaycanlıları şəbəkəsi USAN, Amerika-Azərbaycan Şurası və Pax Turcica icma üzvlərinə göndərilən məktublarda sənəddəki faktların təhrif edildiyini qeyd etmişlər. Bu təşkilatlar bildirir ki, Konqresdə Amerika ermənilərinin maraqlarını təmsil edən qrupların birbaşa təsiri ilə təqdim edilib səsverməyə çıxarılan sənəddə Türkiyənin din azadlıqlarının təmin və dözümlülüyün təbliğ edilməsi səyləri nəzərə alınmır. Diaspor təşkilatları sənədin səsverməyə çıxarılmasının ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcəyini qeyd edib.



Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan iki qanunvericinin səsi ilə qəbul edilən layihəni ədalətsiz, haqsız və lazımsız kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyinin Nümayəndələr Palatasında səsvermə ilə əlaqədar bəyanatında deyilir ki, sənədin cəmi üç qanunvericinin iştirakı ilə keçən səsvermədə qəbul edilməsi məsələyə marağın nə dərəcədə az olduğunu göstərir. Bəyanatda Türkiyədə çox sayda kilsənin fəaliyyət göstərməsi və ölkədə din azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən islahatlar qeyd edilir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG