Accessibility links

Konqresdə Azərbaycan mədəniyyətinə dair sərgi [Video]


Oktyabrın 21-də Vaşinqtonda ABŞ-ın Qarabağ Fondu Azərbaycanın Tətbiqi Sənət Nümünələri və Azərbaycan Mədəniyyəti adlı tədbir keçirib. Tədbirdə Azərbaycan mədənyyətini təsvir edən şəkil panelləri və musiqi proqramı yer alıb. Azərbaycanlı və amerikalı qonaqların iştirak etdiyi tədbirə paytaxt Vaşinqton və ətraf ştatlardan müxtəlif icmaların nümayəndələri qatılıb.

Azərbaycan mədəni irsin tətbiqi ilə meqainfrastruktur inkaşafının inteqrasiyasının nümunəsidir

Açılış çıxışında Qarabağ Fondunun icraçı direktoru Diana Kohen Altman bu tədbirin yeni açılmış AzerbaijaniArtifacts.com saytının prezentasiyası məqsədi ilə keçirildiyini bildirib. O, fondun bu vebsayt vasitəsilə amerikalıları Azərbaycanla bağlı məlumatlandırmaq istədiyini deyib. Daha sonra Diana Altman Amerikanın Səsinə Qarabağ Fondu və yeni vebsayt barədə daha ətraflı məlumat verib.

"Qarabağ fondu mədəni xeyriyyə təşkilatıdır. Bizə amerikalılardan çox sayda Azərbaycan nədir və haradadır kimi suallar gəlir. Ona görə də biz belə tədirlər, sərgilər və konsertlər təşkil edirik. Amma bu tədbir xüsusilə bizim internet sərgimizin açılışına həsr olunub. Bu onlayn sərgi Azərbaycanın tətbiqi sənət nümunələri və azərbaycanlıların onlardan necə istifadə etdikərini göstərir ki, insanların Azərbaycan haqda daha yaxşı təsəvvürü olsun," deyə Diana Kohen bildirib.

İmamyar Həsənov

İmamyar Həsənov

Tədbirdə tanınmış azərbaycanlı kamança ustası İmamyar Həsənovun gözəl ifası qonaqların böyük rəğbətini qazandı.

İmamyar Həsənov öz fəaliyyəti, Azərbaycan musiqisinin təbliği və amerikalıların Azərbaycan musiqisinə olan marağından danışıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın müxtəlif mədəniyyətləri, Qərb və Şərqin mədəni ənənələrini özündə birləşdirən bir ölkə olduğunu deyib.

Tədbirdə həmçinin Smithonian Muzeyinin Asiya Mədəniyyəti Tarixi Proqramının rəhbəri və Asiya, Avropa, Yaxın Şərq Etnologiyasının kuratoru doktor Pol Teylor bu yaxınlarda işıq üzü görmüş “Boru kəmər dəhlizinin keçmiş və gələcək irsi: Azərbaycan, Gürcüstan və Türkiyə” adlı kitabından bəhs edib.

Bu onlayn sərgi Azərbaycanın tətbiqi sənət nümunələri və azərbaycanlıların onlardan necə istifadə etdikərini göstərir ki, insanların Azərbaycan haqda daha yaxşı təsəvvürü olsun

"Azərbaycan mədəni irsin tətbiqi ilə meqainfrastruktur inkaşafının inteqrasiyasının nümunəsidir," deyə Dr. Teylor bildirib. "Boru kəmərinin tikintisinin Azərbaycanda bir çox şeyə böyük təsiri olub, amma bunların ən əsası odur ki, bu tikinti bizə Azərbaycan tarixini daha yaxşı anlamağa kömək edib. Çünki o kəmər boyunca elə mühüm yerlər kəşf olunub ki, boru kəmər tikintisi olmasa bəlkə də onları heç tapan olmayacaqdı. Və biz kitabıda elə bu barədə yazmışıq."

Tədbirdə qonlaqlar Azərbaycan xalq musiqisini dinləyib, Azərbaycanın milli mətbəx ənənələri ilə tanış olublar.

XS
SM
MD
LG