Accessibility links

ABŞ Konqresinin Qızıl Medalı proqramının böyük tarixi


Konqresin bu mükafatı bəşəriyyətə misilsiz töhfələr vermiş şəxsiyyətlərə verilir

ABŞ Kapitoli binasında keçirilən təntənəli mərasimdə Birmanın müxalifət lideri Aung San Su Çı Konqresin Qızıl Medalı ilə təltif edilib. Konqres üzvləri Amerika tarixində yüzlərlə şəxsi bu şərəfə layiq görüblər.

Aung San Su Çi ölkənin ən ali vətəndaş mükafatına, Konqresin Qızıl Medalına layiq görülən son şəxsdir.

Konqresin bu mükafatı bəşəriyyətə misilsiz töhfələr vermiş və ya ömür boyu xidmət göstərmiş şəxslərə verilir.

“Konqres tərəfindən təltif edilən Konqresin Qızıl Medalı hər hansı bir böyük nailiyyəti işıqlandırmaq üçün nəzərdə tutulub. Bu mükafat Amerika vətəndaşları və ya Amerikalıları heyran etmiş qeyri-vətəndaşlara verilir"- deyə ABŞ Konqresinin tarixçisi Donald Ritçı bildirib.

İlk dəfə 1776-cı ildə general Corc Vaşınqtona təqdim olunan Qızıl Medalıhəyatın bütün təbəqələrindən olan insanlara verilmişdir. İndiyə qədər bu mükafatı Aviasiya pionerləri- Orvil və Vilbur Vrayt, aktyor Con Veyn və Amerika klassik musiqisinin “Adi İnsan Üçün Təntənə” kimi ən məşhur musiqisinin bəstəkarı Aron Kopland alıb.

Mükafata layiq görülənlər arasında ABŞ prezidenti Harri Truman, Ronald Reyqan, Gerald Ford, ixtiraçı Tomas Edison, müğənni Frank Sinatra, rəssam Endru Vayet, idmançılar Cessi Ovens və Cəki Robinson, şair Robert Frost, general Corc Marşal və Duqlas MacArtur, bəstəkar Corc Cerşvin və prodüser, animator Uolt Disney olub.

Mükafatçılar sırasında amerika vətəndaşları olmayanlar da var. Bunlar Britaniyanın baş nazirləri Vinston Çörçil və Toni Bleyer, Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandella, keçmiş Roma Papası II İohan Pavel, Holokostdan xilas olan siyasi fəal Eli Visel və Tereza Ana olub.

Hər bir medalın düzəldilməsi üçün Konqresin qanunu tələb olunur. Qanun qəbul olunduqdan sonra Konqres medalın dizayn olunması və istehsalı üçün ABŞ Sikkəxanasını səlahiyyətləndirir. Hərçənd, bu həmişə belə olmayıb.

“Vaxtilə 18-ci əsrdə ilk medal Birləşmiş Ştatlarda deyil, Parisdə hazırlanıb. Çünki amerikalılar o vaxt bu bacarıqları inkişaf etdirməmişdi. Xüsusi şəxs üçün hazırlanan bu medal demək olar ki, bir sənət əsəridir və bunun hazırlanması üçün çox təcrübəli sənətkar lazımdır”- deyə Doland Ritçi bildirib.

Hər bir medal bənzərsizdir. Medal üzərində şəxsin təsfiri və ya qeyd olunan hadisə həkk olunur.

Hərçənd Konqresin Qızıl Medalının adətən Kapitolinin dairəvi və gümbəzli zalı olan Rotandada təntənəli surətdə təltif olunmasına baxmayaraq, medal həmişə orada təltif olunmur.

1981-ci ildə Kanadanın İranda səfiri vəzivəsində çalışan Kennet Teylor Tehranda girov saxlanılan amerikalıların təhlükəsiz şəkildə geri dönmələri üçün göstərdiyi səylərə görə Ağ Evdə təşkil olunmuş mərasidə bu medal ilə təltif olunub.

“Bu bir qədər qeyri-adi hal idi. Bu, diplomatların İranda girov alındığı vəziyyət idi, əslində Kanada səfirliyi məhbus alına biləcək bir neçə amerikalını gizlədərək öz mövqelərini təhlükə altında qomuşdu. Girovlar azad edildikdən və bu xəbər açıqlandıqdan sonra prezident səfiri təqdir etmək üçün mükafatlandırmaq istədi”- deyə Konqresin tarixçisi bildirib.

Konqres təyin olunmuş qrafikdən daha çox medalı uyğun hesab etdiyi zaman təltif edir.
XS
SM
MD
LG