Accessibility links

Konqresmen Cerald Konolli Azərbaycan üzrə İşçi Qrupuna qoşulub


Konqresdə Azərbaycan üzrə İşçi Qrupu 2004-cü ildən fəaliyyət göstərir.

Mayın 8-də konqresmen Cerald Konolli (D-VA) (Gerald Connolly) ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Cənab Konolli 2008-ci ildə Konqresə seçilib və Virciniya ştatının 11-ci seçki dairəsini təmsil edir. O, Konqresin Xarici Məsələlər və Nəzarət və Hökumət İslahatları Komitələrinin üzvüdür.

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Hazırda ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qırxdan çox konqresmen daxildir.

XS
SM
MD
LG