Accessibility links

Konqresmen Smit: İlham Əliyevi siyasi məhbusların hamısını azad etməyə səsləyirəm


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri Kris Smit Azərbaycanda 14 siyasi məhbusun azad edilməsinə münasibət bildirib. Amerikanın Səsinin əldə etdiyi bəyanatda ABŞ konqresmeni bildirir ki, "ədalətsiz şəkildə həbsdə saxlanan bu insanların tez bir zamanda ailələrinə qovuşacağı" onu məmnun edir.

Prezident Əliyevi digər siyasi məhbusları azad və insan haqlarını pozan çox sayda qeyri-demokratik qanunları və qaydaları ləğv etməyə çağırıram.

“Lakin məni hələ də siyasi motivlərlə həbsdə saxlanılan digər insanların taleyi narahat edir. Seçkilərin Monitorinqi Qrupunun sədri Anar Məmmədli azad edilib. Baxmayaraq ki, o, həbs edilməməli idi. Hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova, REAL Hərəkatının lideri İlqar Məmmədov da tez bir zamanda azadlığa buraxılmalıdır. Mən ehtiramla prezident Əliyevə müraciət edib, qalan bütün siyasi məhbusların azad edilməsini xahiş edirəm,” deyə Smit müraciətində bildirib.

Konqresmen habelə prezident Əliyevi "insan haqlarını pozan çox sayda qeyri-demokratik qanunları və qaydaları" ləğv etməyə çağırıb.

Əfv olunanlar sırasında prezident İlham Əliyev və onun ailəsinin biznes maraqlarına dair araşdırmalarla çıxış etmiş jurnalist Xədicə İsmayılın adı yoxdur.

Əfv olunanlar sırasında prezident İlham Əliyev və onun ailəsinin biznes maraqlarına dair araşdırmalarla çıxış etmiş jurnalist Xədicə İsmayılın adı yoxdur.

"Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsini (H.R.4264) konqresmen və Helsinki Komissiyasının rəhbəri Kristofer Smit irəli sürüb. Həmin qanun layihəsi müstəqil jurnalistlər, müxalif siyasətçilər və vətəndaş cəmiyyəti fəallarının səslərinin sistematik susdurulmasında iştirak edən Azərbaycanın hökumət rəsmilərinə qarşı sanksiyalar nəzərdə tutur.

Bu qanun qəbul edildiyi təqdirdə Azərbaycanın ən yüksək rütbəli rəsmilərini viza qadağaları, maliyyə sanksiyaları və başqa sərt ölçülər gözləyir.

XS
SM
MD
LG