Accessibility links

Konqresmen Ted Po ABŞ-Azərbaycan əlaqələrindən danışıb [Video]


ABŞ konqresmeni Ted Po Amerika-Azərbaycan əlaqələrindən danışıb
please wait

No media source currently available

0:00 0:02:57 0:00

ABŞ konqresmeni Ted Po Amerika-Azərbaycan əlaqələrindən danışıb

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası növbəti “Konqres Təqdimatları Seriyası”nı keçirib. İyun ayının 15-də keçirilən “ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq” adlı tədbirin qonağı konqresmen Ted Po olub.

Tədbiri giriş sözü ilə açan ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru Süsən Sadığova Texas konqresmeni haqda məlumat verib. O bildirib ki, 2011-cü ildə Texasın 2-ci dairəsindən 4 il müddətə konqresmen seçilən Ted Po bundan əvvəl 22 il Hyusnton şəhərində Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Çıxışına Rusiyanın tənqidi ilə başlayan Konqresin Xarici Əlaqələr Komitəsinin Terrorizm, Silahsızlaşdırma və Ticarət alt komitəsinin sədri Ted Po deyib ki, Moskva Avropaya alternativ qaz təzhizatı olmasını istəmir. Bu kontekstdə Azərbaycanın qaz ehtiyatlarının mühümlüyünü vurğulayan konqresmen deyib ki, ABŞ və Azərbaycan qazı birlikdə satmağa çalışmalıdır.

“Növbəti 20 il ərzində dünyanın 30 faiz daha çox enerjiyə ehtiyacı olacaq. Biz daha çox enerji istifadə edirik, ona görə də daha çox enerji mənbəli tapmalıyıq. Bu tələbatı ödəmək üçün enerji hasilatçıları olan ABŞ və Azərbaycan birgə çalışa bilər”.

Hazırda Avropaya gələn qazın Gazpromun inhisarında olduğunu dilə gətirən konqresmen Ted Po TANAP layihəsinin həyata keçirilməsinin mühümlüyünü vurğulayıb. O deyib ki, ortaq maraqlara xidmət edən bu boru xətti Azərbaycandan İtaliyayadək uzana bilər. Onun sözlərinə görə, Nyu-Yorkdan Los Ancelesdək uzunluqda olan məsafəni əhatə edəcək bu layihə həm də 4 mindən çox yeni iş yeri açacaq.

“Fikrimcə ABŞ ictimai şəkildə bu layihəni dəstəkləməli və bunun baş tutması üçün əlindən gələni etməlidir. Diplomatlarımız bu istiqamətdə ciddi çalışmalıdırlar. Bu fəaliyyət həm bizim öz ölkəmizin, həm də Avropadakı müttəfiqlərimizin milli təhlükəsizliyinə kömək edə bilər”.

Konqresmen ABŞ-Azərbaycan əlaqələrinin yalnız enerji ilə məhdudlaşamadığını bildirib. İki ölkə arasında birbaşa təyyarə uçuşlanın bu günlərdə açıqlacağını xatırladan Ted Po deyib ki, bu, iki ölkə bizneslərinin əlaqələri üçün çox mühümdür. O habelə deyib ki, yük daşınması üçün birbaşa uçuşlar vacibdir. Konqresmen iki ölkə arasında əlaqələrin daha da güclənəcəyinə əmin olduğunu da dilə gətirib.

Çıxışından sonra konqresmenin sulları cavablandırıb və tədbir naharla başa çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG