Accessibility links

Konqresmenlər hökumət bağlantısının qarşısını aldılar


Konqresmenlər hökumət bağlantısının qarşısını aldılar

Konqresmenlər hökumət bağlantısının qarşısını aldılar

ABŞ qanunvericiləri federal büdcədən milyardlarla dollar kəsmək və hökumətin bağlanmasının qarşısını almaq üçün gecə yarısı qoyulmuş möhlətə bir neçə dəqiqə qalmış razılıq əldə ediblər.

Prezident Barak Obama deyib ki, cümə günü əldə edilən razılıqda “ağrılı ixtisarlar” var. 2011-ci maliyyə ili üçün ixtisarlar 38 milyard dollar təşkil edir.

Senat və Nümayəndələr Palatası müvəqqəti maliyyələşdirmə qanununu qəbul ediblər. Tam büdcə üzərində səsvermə gələn həftənin ortalarında keçiriləcək.

Nümayəndələr Palatasında Respublikaçı çoxluğun lideri John Boehner mübarizənin uzun olduğunu deyərək yeni iş yerləri yaratmaq üçün hökumət xərclərinin minimuma endirilməsinin vacibliyini vurğulayıb.

Senat lideri Harry Reid deyib ki, kompromis çətin lakin ölkənin maraqları naminə vacib idi.

XS
SM
MD
LG