Accessibility links

Konqresmenlərin borc azaltmaq səyləri iflasa uğradı


Konqresmenlərin borc azaltmaq səyləri iflasa uğradı
Konqresmenlərin borc azaltmaq səyləri iflasa uğradı

ABŞ hökumətinin borcları azaltmaq yönümündə son təşəbbüsü iflasa uğrayıb.

ABŞ Konqresi nəzdində borc azaldılması üzrə xüsusi komitənin liderləri növbəti onillikdə federal borcu 1.2 trilyon dollar azaltmaq üzrə mandatı doğrultmayıblar. 12 üzvlük superkomitə bazar ertəsinə qoyulmuş möhlətə riayət edə bilməyib. Respublikaçılar və Demokratlar razılığın əldə olunmamasına görə artıq bir-birlərini qınayırlar.

Bu, ölkənin uzun dönəmli borcunu ixtisara salmaq istiqamətində ABŞ-da üçüncü təşəbbüs idi. Bundan əvvəl ikipartiyalı defisit komissiyasının planı təxirə salındı. Daha sonra prezident Barak Obama və Nümayəndələr Palatasının spikeri Con Beyner arasında danışıqlar iflasa uğradı.

Əgər vaxtında razılıq əldə edilməsə, avtomatik olaraq 2013-cü ilin yanvarından başlayararq müdafiə və daxili proqramlar nəhəng ixtisarlara məruz qalacaqlar.

XS
SM
MD
LG