Accessibility links

Konstitusiya Məhkəməsi İlham Əliyevi növbəti 5 il üçün prezident elan edib [video]


Konstitusiya Məhkəməsi İlham Əliyevi növbəti 5 il üçün prezident elan edib
please wait

No media source currently available

0:00 0:03:59 0:00

Konstitusiya Məhkəməsi İlham Əliyevi növbəti 5 il üçün prezident elan edib

Konstitusiya Məhkəməsində müxalifətin namizədinə danışmaq imkanı verilməyib

Konstitusiya Məhkəməsi oktyabrın 9 –da keçirilən prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının protokolunu təsdiq edib. Hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev növbəti 5 ildə Azərbaycanın prezidenti elan edilib. Əliyev səslərin 84,54 faizini toplayıb.

Konstitusiya Məhkəməsi bildirib ki, seçkilərdə İqbal Ağazadə - 88 723 2.40 , İlham Əliyev 3 126 113 84.54, Araz Əlizadə 32 069 0.87, Hafiz Hacıyev 24 461 0.66, Qüdrət Həsənquliyev 73 702 1.99, Cəmil Həsənli 204 642 5.53, İlyas İsmayılov 39 722 1.07, Fərəc Quliyev 31 926 0.86, Sərdar Məmmədov 22 773 0.62, Zahid Oruc - 53 839 1.46 səs toplayıb.

Konstitusiya Məhkəməsinin Plenumunda müxalifətdə olan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də iştirak edib. O sədrdən çıxış üçün söz istəyib. Məhkəmənin sədri Fərhad Abdullayev Həsənli məhkəmədə tərəf olmadığı üçün ona çıxış üçün imkan verməyib. Bundan sonra Cəmil Həsənli məhkəmə zalını tərk edib.

Milli Şura seçkilərin nəticələrini tanımır. Qurumun seçkilərdən dərhal sonra yaydığı bəyanatında deyilir ki, seçkilərin nəticələrinin ləğvi üçün əsas olacaq qədər kütləvi qanun pozuntuları aşkarlanıb. Milli Şura seçkilərin nəticələrinin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş dinc vasitələrlə mübarizə aparacağını bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası, ABŞ Dövlət Departamenti, Böyük Britaniya da seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyini, kütləvi qanun pozuntularının qeydə alındığını bəyan edib.

İlham Əliyev artıq 3-cü dəfə prezident seçilib. O 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizinin səsini toplayaraq prezident olub. Əliyev 2008-ci il seçkilərində səslərin 88,73 faizini toplayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG