Accessibility links

Konstitusiya Məhkməsi kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə baxıb


Dollar

Dollar

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu vətəndaşların banklardan dollarla götürdüyü kreditlərin manatın hansı məzənnəsi ilə ödəməsi məsələsinə baxıb.

Məhkəmədəki mənbələrin məlumatına görə, plenumda tərəflər dinlənilib. Tərəflər qismində Göyçay Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Ombudsman Aparatı, Milli Məclis və Mərkəzi Bank çıxış edib. Amma qərar açıqlanmayıb. Qərar yaxın zamanda açıqlanacaq.

Fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı qərarı kredit götürmüş şəxslərlə banklar arasında mübahisə yaradıb. Devalivasiyadan sonra dollar manata nisbətdə 34 faiz möhkəımlənib. Dollarla kredit götürən vətəndaşlar isə krediti manatın devalivasiyadan əvvəlki kursu üzrə ödəməkdə davam edib. Bundan sonra Konstitusiya Məhkəməsinə müraciət edilib.

Qeyri rəsmi məlumatlara görə, vətəndaşlar devalivasiyadan sonrakı məzənnə ilə ödəniş edərsə 1,2 milyard manat əlavə vəsait ödəməlidirlər.

XS
SM
MD
LG