Accessibility links

Azərbaycan korrupsiya indeksinə görə 139-cu yerdədir [Video]


Ölkə korrupsiya üzrə 139-cu yeri Nigeriya, Keniya, Nepal və Pakistanla bölüşür. Ermənistan 105-ci, Gürcüstan 51-ci yerdədir

Transperency İnternational təşkilatı 2012-ci ildə dünya ölkələrində Korrupsiya Qavrama İndeksini yayıb.

Təşkilatın tərtib etdiyi cədvəldə Azərbaycan 174 ölkə arasında 139-cu yerdədir. Azərbaycanla 139-cu yeri Nigeriya, Keniya, Nepal və Pakistan bölüşür.

Azərbaycanın yaxın qonşuları Rusiya, Qazaxıstan, İran 133-cü, Gürcüstan 51-ci, Ermənistan 105-ci yerdə qərarlaşıb.

Korrupsiya indeksinin qavranmasına görə, birinci yeri Danimarka, Finlandiya, Yeni Zelandiya bölüşür. Cədvəldə Sinqapur 5-ci, İsveç 4-cü, Norveç 7-ci, Kanada və Nideralnd 9-cu, ABŞ 19-cu yerdədir.

2011-ci ildə Azərbaycan 183 ölkə arasında 143-cü, 2010-cu ildə isə 178 ölkə arasında 134-cü sırada yer alıb.

Şəffaflıq-Azərbaycan təşkilatının eksperti Kəman Qasımov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda korrupsiyanın qavranma indeksi mextəlif parametrlər üzrə qiymətləndirmə əsasında müəyyən edilir.

Əhali əsasən məhkəmələrdən, hökumət strukturlarında süründürməçilikdən, qanunların yerinə yetirilməməsindən şikayətlənir.

Onun fikrincə, Azərbaycanda insan hüquqları və iqtisadi islahatlar sahəsində də prioblemlər mövcuddur. Məhz bu səbələrdən də ölkədə korrupsiyanın səviyyəsi yüksək olaraq qalır.
XS
SM
MD
LG