Accessibility links

Koppu tayfunu Filippində itkilərə səbəb olub


Filippin rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal bölgələrini təsirinə məruz qoyan Koppu tayfunu güclü küləklərlə elektrik və kommunikasiya naqillərini sıradan çıxararaq 1 nəfərin ölümünə, 6 nəfərin isə itkin düşməsinə səbəb olub. 16 min kəndlinin isə evlərini məcburi tərk etdiyi bildirilir.

Daşqınların arasında qalan kəndlərdəki sakinləri evakuasiya etmək üçün əsgər və polis qüvvələri cəlb olunub. Əsasən Aurora vilayətini vuran tayfunun küləyinin sürəti 185 km/saat olub. Bu bölgə əsasən düyü sahələri və digər kənd təsərrüfatı məhsullarının məkanıdır.

Gecə Auroranın Kasiquran qəsəbəsini təsirinə məruz qoyandan sonra tayfun 600 kilometrlik ərazini əhatə edib. Bundan sonra nisbətən zəifləyən tayfun Sierra Madre dağlarına istiqamət alıb.

Koppu tayfununun adanə gələn həftənin cümə axşamı günü tərk edəcəyi ehtimal olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG