Accessibility links

Misirdə Yaxın Şərqin ən böyük xristian icması olan koptiklərin keşişi Şenuda dünyasını dəyişib. 88 yaşlı keşiş dünən Qahirədə vəfat edib. Qara və ağ ciyər xəstəliyi səbəbi ilə ölən keşişin cənazəsi Koptik kilsəsinə qoyulub.

Şenuda müsəlmanların xristianlara qarşı hücumları zamanı onların müdafiəsinə qalxmışdı. 2011-ci ildə Koptik kilsəsinə hücum nəticəsində 23 xristian həlak olmuşdu.

ABŞ prezidenti Barak Obama keşişin ölümü ilə bağlı kədər hissini dilə gətirərək, onu dini tolerantlığın təbliğatçısı adlandırıb. ABŞ dövlət katibi Hillari Klinton Misir xalqına başsağlığı verib.

Koptik kilsəsi dünyada ən qədim kilsələrdən hesab edilir. Misirdə kökü 1-ci əsrə gedib çıxan bu dinə 80 milyonluq əhalinin 10 faizi ibadət edir.

XS
SM
MD
LG