Accessibility links

Qızlara kompüter kodlaşdırmasını öyrədən yeni proqram [Video]


Qızlara kompüter kodlaşdırmasını öyrədən yeni proqram
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Qadınlar kişilərin dominant olduğu kompüter texnologiyası sahəsində bir sıra çətinliklərlə üzləşirlər. Amma yeni təşəbbüslər sahəsində qızlar kompüter proqramları yazmağı öyrənirlər. Vidcode adlı yeni startap gənc qızlar və texnologiya arasıdakı uçurumu azaltmağa çalışır.

Kompüter kodlaşdırıcısı deyəndə ağla ilk kişi gəlir, kreativlik gəlmir. Biz isə bu düşüncəni dəyişdirməyə başlamışıq.

Nyu-Yorkda 150 qız və oğlana “xakaton” adlanan müsabiqədə praktiki bir problemi həll etmək verilib. Onlar Vidcode-un vebsaytında kompüter kodlarından istifadə edərək sığınacaqlardakı heyvanlara yarım məqsədli video hazırlamalıdırlar.

“Proqlamlaşdırmaq üçün bir çox kodlardan istifadə edirik.”

Şirkətin həmtəsisçisi Alli Dirakls Facebook və İnstagram kimi saytlarda istifadəçilərin video yerləşdiyində istifadə olunan kompüter kodlaşdırmasını öyrədən proqramı nümayiş etdirir.

Nyu yorklu bu müsabiqə iştirakçıları tərk edilmiş heyvanlara yardım məqsədilə hazırladıqları qısa videonun qalib gəldiyini öyrənib.

“Buna böyük zəka və riyaziyyat biliyi lazımdır, çünki bəzən heyvanları hərəkət etdirmək üçün, onun hansı bucaqda hərəkət etmək və neçə addım atmaq istədiyini düşünməlisən.”

Onlayn proqram kompüter proqramlaşdırmasını addım-addım öyrədir və qızlar da oğlanlar kimi bu cür qızğın rəqabət dolu şəraitdə inkişaf etməyə çalışır.

“Qızlar bundan qorxmurlar. Onlar qruplarda liderliyi əllərinə alırlar.”

Kompüter kodları
Kompüter kodları

Qızlar həmçinin əldə etdikləri bu bacarıqlardan istifadə etməyi xəyal edirlər.

“Mən bir gün video oyunu ya da televiziya şousu və ya buna bənzər nə isə yaratmaq istərdim.”

Onlar həm də stereotipləri aradan qaldırırlar.

“Kompüter kodlaşdırıcısı deyəndə ağla ilk kişi gəlir, kreativlik gəlmir. Biz isə bu düşüncəni dəyişdirməyə başlamışıq.”

“Məncə biz yaxşı iş çıxardıq, çünki buna çox əmək sərf etdik və ölkədəki itlərə və bütün digər heyvanlara yardım etmək barədə insanları maarifləndirdik.”

Proses zamanı onlar mühüm kompüter təcrübəsi əldə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG