Accessibility links

Koray Tarqay: ATƏT toplaşmaq azadlığını necə yerinə yetirilməsini çox diqqətlə izləyir


ATƏT-in Bakı ofisinin rəhbəri “Siyasi partiyalar haqqında qanuna dəyişiklikləri müsbət qarşılayır və onların necə tətbiq ediləcəyini vacib sayır.

“Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərin necə yerinə yetirilməsi qanunun icrası zamanı bəlli olacaq. Amma ümumilikdə dəyişikliklər müsbət haldır”, - ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Onun fikrincə, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı qanuna edilən əlavə də müsbətdir. “Burada maliyyə ayırmaları ilə bağlı normalar da müəyyən edilib. Maliyyə ayırmalarının necə olacağı isə seçkilərdən sonra bəlli olacaq”, - o qeyd edib.

Vicdan məhbuslarının aclıq aksiyasına başlaması ilə bağlı səfir Tarqay deyib ki, ATƏT hökumətin aclıq aksiyasına münasibətini yaxından izləyəcək: “Təbii ki, insanın aclıq etməsi hər bir insana vicdan əzabı verir. İstərdik ki, problem həllini tapsın, aclıq aksiyasına da ehtiyac olmasın”. O ümid edir ki, müsbət dəyişikliklər ola bilər: “Hər halda gözləyək. İnsanın qidadan imtina etməsi ciddi bir probleminin olması deməkdir. Ümid edirəm ki, aclıq aksiyası qısa zamanda başa çatdırılacaq”.

Səfir deyib ki, ATƏT-in Bakı ofisi ölkədə toplaşmaq azadlığını necə yerinə yetirilməsini çox diqqətlə izləyir.

XS
SM
MD
LG