Accessibility links

Koray Tarqay: ATƏT demokratik islahatlara töfhəsini davam etdirəcək


ATƏT-n Bakı ofisinin rəhbəri Koray Tarqay

ATƏT-n Bakı ofisinin rəhbəri Koray Tarqay

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilib

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay 2014-cü il yanvarın 1-dən nümayəndəliyin statusunun dəyişdirilməsi ilə bağlı ATƏT Daimi Şurasının qərarını şərh edib.

“ATƏT-in Daimi Şurası iyulun 26-da ATƏT-in Azərbaycandakı təmsilçiliyinin statusu ilə bağlı konsensus əldə edib. Qərara əsasən, təmsilçilik 2014-cü ilin yanvarından “ATƏT-in Bakıdakı layihə koordinatoru” adlanacaq.

Bununla belə, ATƏT-in Bakıdakı təmsilçiliyi təşkilatın hər üç ölçüsündə, yəni hərbi-siyasi, iqtisadiyyat və ətraf mühit, eləcə də insan ölçülərində fəaliyyətini davam etdirəcək. Qurum, hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edərək, ölkədə demokratik islahatlara töfhəsini davam etdirəcək.

ATƏT-in Bakıdakı Layihə koordinatorunun fəaliyyətinin detalları isə ATƏT-in Azərbaycan hökuməti arasında razılaşdırılacaq Anlaşma Memorandumunda əksini tapacaq”, o qeyd edib.

Xatırladaq ki, ATƏT-in Daimi Şurası iyulun 26-da ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara ötən cümə ATƏT üzvləri arasında konsensus əsasında ATƏT-in Azərbaycan missiyasının gələcək mandatına dair əldə olunmuş qərarı alqışlayıb.

“ATƏT-in Bakıda layihələrinin koordinatoru mandatının təsdiqlənməsi ATƏT və Azərbaycan arasında bu təşkilatın prinsip və öhdəliklərinin reallaşması istiqamətində əməkdaşlığın davam etdirilməsində mühüm addımdır,” iyulun 26-da yayılan məlumatda Kojaranın bu sözlərinə istinad edilir.

Kojaranın fikrincə, qərar bu məsələdə gələcək irəliləyişin əldə olunması ilə bağlı Azərbaycan hökumətinin istəyinə müsbət cavabdır.

Missiyanın yeni mandatı 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Layihələrin koordinatoru ATƏT-in Bakı ofisinin yerinə yetirdiyi mühüm işə əsaslanacaq.
ATƏT-in Bakı missiyasının gələcək fəaliyyətinin konkrtet nədən ibarət olacağı hələlik məlum deyil.

Bu ilin yazında rəsmi Bakı ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi təklifi ilə çıxış edib.
XS
SM
MD
LG