Accessibility links

ABŞ və Cənubi Koreya Pxenyanın hücumuna hərbi təlimlərlə cavab verir


Prezident Barak Obama Koreya yarımadasında vəziyyəti Ağ Evdə müşavirə zamanı müzakirə edir
Prezident Barak Obama Koreya yarımadasında vəziyyəti Ağ Evdə müşavirə zamanı müzakirə edir

ABŞ və Cənubi Koreya prezidentləri Şimali Koreyanın 4 adamın ölümünə səbəb olan artilleriya hücumuna cavab olaraq yeni hərbi təlimlərə başlamaq barədə razılığa gəliblər.

Rəsmilər deyirlər ki, güc nümayişi bazar günü Corc Vaşinqton hərbi gəmisinin müşayiəti ilə start götürəcək. Ağ Ev xəbər verir ki, prezidentlər Barak Obama və Li Myunq-bak təlimlər barədə telefon söhbəti zamanı razılığa gəliblər. Cənab Obama koreyalı həmkarını əmin edib ki, Amerika onun ölkəsi ilə çiyin-çiyinə dayanaraq Şimali Koreyanın Cənubi Koreyaya məxsus adasına hücumu pisləmək üçün dünya millətlərini səfərbər edəcək. Cənubi Koryeanın müdafiə naziri ABŞ-ın köməyi ilə Watchcon sayıqlıq dərəcəsinin üçüncü mərhələdən ikinci mərhələyə qaldırıldığını deyib. Hər iki tərəfin provokasiyaya dağıdıcı hərbi cavab qaytaracağı ilə hədələdiyi bir vaxt Koreyalar arasında gərginlik yüksək olaraq qalır.

XS
SM
MD
LG