Accessibility links

Şimali Koreya ABŞ-a yüksək səviyyəli görüş keçirilməsini təklif edib


Şimali Koreya ABŞ-a nüvə və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə yüksək səviyyəli görüş keçirilməsini təklif edib.

Ölkə lideri Kim Jonq Un tərəfindən idarə edilən Milli Müdafiə Komissiyasının bəyanatında deyilir ki, Amerika görüşün vaxtı və yerini müəyyən edə bilər.

Sənəddə bildirilir ki, xarici ölkələrin nüvə təhlükəsinə son qoyulmayınca Şimali Koreya nüvə ölkəsi olaraq qalacaq. Bəyanatda bütün sanksiyaların ləğvinə çağırılır.

Danışıqlara gərginliklərin azaldılması və Koreya müharibəsinə son qoyan sazişin müzakirəsi daxil edilməlidir.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Kaitlin Hayden Amerikanın Şimali Koreya ilə müzakirələrə açıq olduğunu desə də, Pxenyanın BMT-nin qətnamələrinə əməl etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ Şimali Koreya ilə bağlı mövqeyini sözləri deyil, əməllərinə əsasən dəyişə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG