Accessibility links

Cənubi Koreya rəsmiləri deyir ki, Şimali Koreya 60 il əvvəl Koreya müharibəsi ilə bir-birindən ayrılmış ailələri yenidən qovuşması üçün bu həftə müzakirələr aparmaq təklifini qəbul edib.

Cənubi Koreya Birləşmə Nazirliyinin sözçüsü Kim Eui-do jurnalistlərə razılıq barədə danışıb. Sözçü deyib ki, Cənubi Koreya Şimalın müsbət cavabını alqışlayır.

Koreyalı ailələrin birləşməsi yarımadadakı gərginlik səbəbilə son üç ildə baş tutmayıb. Keçən il Pxenyan birləşmənin həyata keçəcəyi gündən bir neçə gün öncə anidən planı pozmuşduş

1953-cü ildə Koreya müharibəsinə son qoyan atəşkəs razılığı ilə milyonlarla koreyalı bir-birindən ayrı düşüb.
XS
SM
MD
LG