Accessibility links

Şimali Koreyaya qarşı yenı sanksiyalar tətbiq ediləcək


BMT diplomatlarının məlumatına görə, Birləşmiş Ştatlar və Çin Şimali Koreyanın son nüvə sınağına görə yeni sanksiyaların tətbiqinə dair razılıq əldə edib. Pxenyan isə Cənubi Koreya ilə 1950-1953-cü il müharibəsindən sonrə əldə olunmuş barışığa məhəl qoymamayacağı ilə təhdid edir.

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreya barədə bağlı qapılar arxasında müzakirə keçirir və diplomatların jurnalistlər verdiyi məlumata görə onlar təklif olunan qətnamənin qəbul olacağına ümid edirlər. Hərçənd ki, təklifin təfsilati haqda məlumat verilmir..

Təhlükəsizlik Şurası fevralın 12-də keçirilən nüvə sınağıbı yekdilliklə pisləyib və bunu Şimali Koreyanın nüvə və raket programına tətbiq olunan BMT-nin sanksiyalarının “ciddi şəkildə pozulması” adlandırıb.
XS
SM
MD
LG