Accessibility links

Şimali Koreya dörd raket sınaqdan keçirib


Cənubi Koreya hərbi sözçüsü bildirib ki, Şimali Koreya qərb sahilində dənizə doğru dörd qısa mənzilli raket atıb.

Cənubi Koreyanı birgə qərargahlar idarəsinin bəyanatında deyilir ki, raketlər Şimali Pxenyan vilayətindən atılıb və təxminən 140 km-lik məsafəni qət etdikdən sonra dənizə enib. Raketlərin hansı model olduğu bilinmir.

Bəyanatda bildirilib ki, Şimali Koreyanın bu addımı ABŞ və Cənubi Koreya arasında keçirilən hərbi təlimlərə cavab mahiyyəti daşıyır. Pxenyan hərbi təlimlərə başlandıqdan bir neçə raket sınağı həyata keçirib.

Pxenyan hərbi təlimlərin işğal məqsədi daşıdığını desə də, Vaşinqton və Seul onların müdafiə məqsədli olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG