Accessibility links

Şimali və Cənubi Koreyalar qarşıdurmalardan sonra təcili danışıqlara başlayıb. Görüş Panmunjom sərhədyanı kənddə baş tutub.

Cənubi Koreyanın prezidentinin mülli təhlükəsizlik məsələləri üzrə müşaviri Kim Kvan Jin və Şimali Koreya liderinin yardımçısı Hvan Pyonq So müzakirələrdə iştirak edib.

Görüşün təfərrüatı haqda məlimat verilmir. Lakin müzakirələrin Pxenyanın tələbi ilə keçirildiyi bildirilir.

Danışılqlar Şimali və Cənubi Koreyaların qərb sərhədlərində atışmadan sonra keçirilir.

Cənubi Koreyanın müdafiə naziri deyir ki, cümə axşamı Şimali Koreyanın Cənubi Koreyanın hərbi mövqelərinə atəş açıb. Cavab olaraq Cənubi Koreya Şimala onlarla 155 millimetrlik artilleriya güllələri atıb.

Şimal-Cənub münasibətləri Seulun Pxenyanı bu ay iki Cənubi Koreyalı əsgərin yaralanması ilə nəticələnən minaları yerləşdirməkdə ittiham etməsindən sonra daha da gərginləşib.

İlk olaraq Cənubi Koreya rəsmiləri mülki şəxslərin Yeonçeondan evakusiya olumasını əmr edib.

Daha sonra isə minanın partladığı Pacu regionu və qərbdə yerləşən Kanqua adası da evakusiya siyahısına əlavə olunub.

Bu atışma iki Koreya arasında oktabr ayından bəri ilk dəfə baş verir. Oktyabr ayında Şimali Koreya əsgərləri hərbi sərhədə yaxınlaşıblar və Cənubi Koreya əsgərlərinin xəbərdarlıq atəşi açmaqlarına baxmayaraq geri çəkilməyiblər və hətta cavab atəşi açıblar. Atışma 10 dəqiqə davam edib, lakin itki olmayıb.

Cümə günü baş verən atışma ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər həyata keçirdiyi vaxta təsadüf edir. Təlimlər bazar günü başlayıb və Şimali Koreya bunu müharibəyə hazırlıq kimi qiymətlədirir.

XS
SM
MD
LG