Accessibility links

Çində Pxenyana məxsus restoranda işləyən bir qrup şimali koreyalı sığınacaq tapmaq üçün Cənubi Koreyaya pənah gətirib. Seulun Yunifikasiya Nazirliyi bu barədə bu gün bəyanatla çıxış edib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü Ço Cun-hyuk deyib ki, qaçqınların dəqiq sayı, onların harada işlədiyi və Çindən nə yolla çıxa bildiyi haqda təfərratlar aydın deyil.

“Biz insanların sayını təsdiqləyə bilmirik. Amma şimali koreyalı işçilərin bu yaxınlarda restorandan qaçması haqda xəbər doğrudur” deyə Ço bildirib.

Ötən ay Çində Şimali Koreya restoranında işləyən 13 şimali koreyalı Cənubi Koreyaya qaçıb. Seul rəsmiləri işçilərin öz istəyi ilə ölkəyə gəldiyini deyib. Şimali Koreya isə onların casuslar tərəfindən aldadılaraq qaçırdıldığını bildirib.

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın ölkədən kənarda təxminən 130 restoran işlətdiyini və onların əksəriyyətinin Çində yerləşdiyini bildirib.

Agentlik Şimali Koreyadan xaricdə təxminən 50 minlə 60 min arasında işçi olduğunu və onların əsasən xarici valyuta gətirmək məqsədi ilə işlədiyini bildirib.

XS
SM
MD
LG