Accessibility links

Cənubi Koreya lideri: İlkin döyüşlərdə güclü cavab verilməlidir


Cənubi Koreyaya məxsus K-55 hovitzerləri Şimali Koreya ilə həmsərhəd Poçeon qəsəbəsində manevrlərə qatılıb.
Cənubi Koreyaya məxsus K-55 hovitzerləri Şimali Koreya ilə həmsərhəd Poçeon qəsəbəsində manevrlərə qatılıb.
Cənubi Koreyanın prezidenti Park Geun-hye Şimalın davamlı hədələrini "çox ciddi" qəbul etdiyini deyir. Bir çoxları söz atışmalarının yarımadada hərbi əməliyyatlara gətirib çıxaracağından ehtiyat edir.

Müdafiyə Nazirliyinin rəsmiləri ilə görüşündə prezident Park Cənub Koreyaya qarşı "hər hansısa provokasiya baş verərəsə, siyasi nəticələrə məhəl qoymadan ilkin döyüşlər zamanı güclü cavabın verilməsininin" vacibliyindən danışıb.

Ötən həftələrdə Şimali Koreya hər il Cənubi Koreya ilə ABŞ arasında keçirilən hərbi təlimlərə sərt reaksiya verib. Bu təlimlərə ABŞ hava qüvvələrinin qeyri-adi güc nümayişi də daxildir.

Bazar günü ABŞ Hava Qüvvələrinə məxsus son model F-22 Raptor təyyarələri Yaponiyanın Okinava adasındakı hava bazalarından Seulun cənubunda yerləşən Osan hava bazasına uçub.

Müharibə barədə ritorikanın qızışması BMT-nin Təhlükəsizlik Şurası Pxenyana qarşı əlavə sanksiyalar tətbiq etdikdən sonraya təsadüf edib. Sanksiyalara səbəb Pxenyanın dekabr ayında uzaq mənzilli raketlərini, fevral ayında isə nüvə silahlarını sınaqdan çıxarması olub.

Artan ritorikada narahatedici bir məsələ Pxenyanın Kaesonq sənaye kompleksində iş fəaliyyətini dayandırması təhlükəsidir. Bu, iki ölkənin hərbi zonada birgə iqtisadi layihəsidir.

Təhlilçilər obyektin bağlanmasının presedentsiz və həyəcan doğuran işarə olacağını deyib. Beləki, bu mənbə valyutaya ehtiyacı olan Şimal üçün olduqca mühümdür.

Cənab Parkın bu barədə bəyanatı Şimali Koreyanın lideri Kim Conq Unun yeni strateji xətti barədə çıxışından bir gün sonraya təsadüf edib. O, deyib ki, heç bir halda onun ölkəsi nüvə silahını uçuz siyasi və ya iqtisadi müstəviyə çıxarmayacaq.

Şimali Koreyanın rezin möhür mahiyyətli`Ali Xalq Məclisinin sessiyası bu günə nəzərdə tutulub. Lakin dövlət mətbuatı görüşün təfərrüatı haqda məlumat yayımlamayıb.

Ötən həftələrdə Pxenyan 1953-cü il atəşkəsini etibarsız elan edərək ABŞ ərazisi və Amerikanın Sakit Okeandakı bazalarını nüvə hücumları ilə hədələyib, Cənubi Koreya ilə qaynar xətt əlaqələrini kəsib və ölkənin müharibə şəraitinə keçdiyini elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG