Accessibility links

Şimali Koreya Birləşmiş Ştatlara hərbi hücumu təsdiqləyib


Cənubi Koreya Pxenyan Birləşmiş Ştatlara hərbi hücumu təsdiqlədikdən bir neçə saat sonra Şimali Koreyanın raket başlıqlarını şərq sahillərinə köçürdüyü xəbərini təsdiqləyib.

ABŞ hərbi rəsmiləri deyib ki, Vaşınqton gələn həftələrdə Sakit okean sualrına raketdən mükəmməl müdafiə sistemləri göndərməyi planlaşdırır. Bu addım Şimali Koreyanın balistik raketlərindən müdafiə xarakteri daşıyır.

Pentaqonun sözcüsü dünən deyib ki, yeni sistemlər ABŞ-ın Guam ərazisində yerləşdiriləcək. Bu yer Koreya yarımadasından təxminən 3000 kilometr cənub-şərqdə yerləşir.

Pentaqonun bu bəyanatı yeni beynəxlaq sanksiyalardan hiddətlənmiş Şimali Koreyanın ABŞ və Cənubi Koreyaya həftələrdir davam edən hədələrindən sonra edilib.

ABŞ müdafiə naziri Çak Heyql ABŞ-ın Şimali Koreyanın hədələrini çox ciddi qəbul etdiyini deyib.

Şimali Koreya Cənubi Koreyanın işçilərini birgə sənaye zonasına artıq ikinci gündür daxil olmasının qarşısını almaqla yarımadada gərginliyi artırmaqda davam edir. Sənaye işçiləri qorxu içindədirlər.

Seulun Müdafiə Nazirliyinin rəsmiləri deyib ki, sənaye işçilərinin təhlükəsizliyi risk altına alınarsa, hərbi əməliyyat sonuncu seçimdir. Lakin nazirliyin rəsmiləri əlavə edib ki, hərbi hazırlıq daim yüksəkdir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG