Accessibility links

Şimali Koreya Cənubun təyin etdiyi nümayəndə heyətinin rəhbərinə etiraz olaraq müzakirəni təxirə salıb

Şimali və Cənubi Koreyalar arasında danışıqların taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndə heyətinin başçıları arasında ixtilaf müzakirələrin bir gün əvvəl ləğvinə səbəb olub.

Cənubi Koreya rəsmiləri Şimali Koreyanın danışıqlarda iştirak etmək üçün nümayəndə göndərməkdən imtina etdiyini deyib. Buna səbəb olaraq Şimali Koreyanın Cənubi Koreyanın nümayəndə heyətinin başçısı kimi nazir əvəzinə nazir müavinini təyin etməsindən narazı qalması göstərilib.

Seul danışıqların koordinasiyası üçün nəzərdə tutulan hökümətlərarası telefon xəttinə Şimali Koreyanın zənglərə cavab vermədiyini deyib.

Şimali Koreya danışıqların statusu barədə ictimai bəyanat yayımlamayıb.

Seul və Pxenyan keçən həftə gözlənilmədən danışıqlar aparmaq üçün qərar alıb. Hər iki tərəf müştərək lahiyələrin bərpası və bir-birlərindən ayrı düşmüş ailələrin yenidən birləşdirilməsi haqqında müzakirələr aparmağa razılaşıb.
XS
SM
MD
LG