Accessibility links

Şimali Koreya nüvə proqramının təkmilləşdiriləcəyini bəyan edib


Şimali Koreya satellit və nüvə proqramlarının təkmilləşdiriləcəyini bəyan edib. Bu ölkə nüvə silahları məsələsinin müzakirələrə açıq olmadığını və hətta milyardlarla dollarlıq iqtisadi yardım müqabilində heç bir dəyişikliyi qəbul edilməyəcəyini bildirib.

Rəsmi KCNA xəbər agentliyinin bu gün yaydığı bəyanatda deyilir ki, Şimali Koreyanın Mərkəzi Komitəsi və onun rəhbəri Kim Cong Un iqtisadiyyat və nüvə cəbbəxanasının gücləndirilməsinə çağırıb. Bəyanatda deyilir ki, Şimali Koreyanın nüvə qüvvəsi siyasi mübadilə aləti deyil.

Ölkə parlamenti aprelin birinə çağırdığı sessiya zamanı Cənubi Koreya və ABŞ-la artmaqda olan gərginlikləri müzakirə etməlidir.

Şimali Koreya bildirib ki, Cənubda müharibəyə daxil olur və Seul və ya Vaşinqtondan hər hansı provokasiya nüvə müharibəsinə gətirib çıxaracaq.
XS
SM
MD
LG