Accessibility links

Cənubi Koreya fəzaya peyk göndərib


Cənubi Koreya ilk peykini fəzaya göndərdiyini bildirib. Peyk ölkənin cənub bölgəsindəki Naro Fəza Mərkəzindən fəzaya qalxıb. Rəsmi Seul bunu kosmik proqramların inkişaf etdirilməsində mühüm addım kimi qiymətləndirir.

Elmi məsələlər üzrə nazir Lii Cu Hu müxbirlərə raketin peyki uğurla orbitə çıxardığını və bu missiyanın hər bir kəsin uğuru olduğunu bildirib.

Cənubi Koreya kosmik missiyanı üçüncü cəhddən sonra yerinə yetirə bilib. 2009-cu ildə raket orbitə çatsa da, peykin ondan ayrılması baş tutmayıb. Bundan bir il sonra başqa bir raket yerdən qalxdıqdan cəmi iki dəqiqə sonra partlamışdı.

Cənubi Koreya ilk peykini fəzaya Şimali Koreyanın bir ay əvvəl orbitə özünün bildirdiyi kimi hava şəraitini öyrənmək üçün peyk buraxdıqdan sonra göndərib. Beynəlxalq ictimayyət Şimali Koreyanın bu addımını kəskin tənqid edərək, bunun BMT sanksiyalarının pozulması olduğunu bildirib. Qərb qüdrətlərinin əksəriyyəti Şimali Koreyanın əslində ballistik raketləri sınaqdan çıxardığını düşünür.

BMT-nin Təhlükəsizlik Şurası ötən həftə yekdilliklə Şimali Koreyaya qarşı sanksiyaları daha da kəskinləşdirən qətnamə qəbul edib. Pxenyan sanksiyaların müharibə aktı olduğunu bildirib və buna cavab olaraq üçüncü nüvə sınağını həyata keçirəcəyi ilə təhdid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG