Accessibility links

Şimali Koreya texniki nasazlıq barədə bəyanat verməsindən bir gün sonra uzun-mənzilli raketinin təmirinə başlayıb. Hökumət rəsmiləri yerli mediaya bazar ertəsi günü çəkilən satellite şəkillərinin təmir işlərinə başlandığını göstərdiyini bildirib.

Adları açıqlanmayan rəsmilərə istinadən deyilir ki, raketin müəyyən bir hissəsinin təmir və ya raketin tamamilə məhv ediləcəyi bilinmir.

Pxenyan daha əvvəl beynəlxalq təzyiqlərə baxmayaraq raketin buraxılacağını bəyan etmişdi. Dünən rəsmilər raketin buraxılışının bir həftə təxirə salındığını bildirmişdi.

Raketin buraxılışı dekabrın 10 ilə 22-si arasında Şimali Koreyanın sabiq dövlət başçısı Kim Conq İlin vəfatının birinci ildünümünə təsadüf etməli idi.

BMT-nin 2006 və 2009-cu il qətnamələrinə görə Şimali Koreyanın raket və nüvə silahlarını sınaqdan keçirməsi yasaqdır.
XS
SM
MD
LG