Accessibility links

Cənubi Koreya Yapon dənizinin şimalında 3 qısamənzilli raket testi həyata keçirdiyini bildirir.

Müdafiə Nazirliyinin bəyanatında raket sınaqlarının bu gün Koreya yarımadasının şərq sahillərində keçirildiyi deyilir.

Şimali Koreya məlumata münasibət bildirməyib.

Hansı növ raketlərin havaya buraxıldığı barədə məlumat verilmir. Lakin onların yeni raketlər olduğu təxmin edilir.

Cari ilin əvvəllərində ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri zamanı orta mənzilli raketləri sınaqdan keçirilmişdi.

Son sınaqlar Pxenyanın BMT-nin qətnaməsinə zidd olaraq 4-cü yeraltı nüvə sınağına hazırlaşdığına dair şaiyələrin yayıldığı vaxta təsadüf edir.

XS
SM
MD
LG