Accessibility links

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, Şimali Koreya uzun mənzilli raketi sınaqdan keçirməyə hazırlaşır.

Yonhap xəbər agentliyi adının açıqlanmasını istəməyən Cənubi Koreya rəsmisinə istinadən xəbər verib ki, Şimali Koreya Çin sərhəddi yaxınlığında yerləşən Sahae raket bazasının təkmilləşdirilməsi prosesini başa çatdırıb. Baza daxilində 2012-ci ilin dekabr ayında fəzaya peyk çıxaran Unha-3 raketindən iki dəfə böyük raketin atılması üçün 67 metr hündürlyünüdə qülləsi inşa edilib.

Cənubi Koreyanın rəsmi nümayəndəsi bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Şimali Koreya lideri Kim Çen İn Xalq Partiyasının oktyabr ayında 70-ci ildönümü münasibətilə uzun mənzilli raketin sınaqdan keçirilməsi haqda sərəncam verib.

Yonhap xəbər agentliyi başqa bir rəsmi nümayəndəyə istinadən xəbər verib ki, Cənubi Koreya hökuməti Pxenyan yaxınlığındakı hərbi zavodda uzun mənzilli raket istehsal edildiyinə dair işarələrin olduğunu qeydə alıb.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket texnologiyalarını sınaqdan keçirməsinə qadağa qoyub.

XS
SM
MD
LG