Accessibility links

Şimali Koreya Birləşmiş Ştatlara qarşı yeni təhdid yayıb. Bu dəfə ABŞ Quam və Havaydakı hədəflərə hücum edəcəyini deyib.

Koreya Xalq Ordusu deyib ki, bütün artilleriya qüvvələri, raket bölmələri və uzaq məsafəli raketlər hazır vəziyyətə gətirilib.

Bu, Pxenyanın ABŞ-a və onun regional müttəfiqi olan Cənubi Koreyaya qarşı sonuncu təhdidir. Şimali Koreyanın raketlərinin ABŞ-a qədər çatmasına inanılmır.

Bəyanat Cənubi Koreyanın prezidenti Park Qeun-nin Şimalı nüvə silahlarını tərk etməyə, provokasiyaları dayandırmağa və bunun Pxenyanın yaşaması üçün yeganə yol olduğunu deməsindən sonra yayımlanıb.

Xanım Park bunları Cənubi Koreya hərbi gəmisi Çeonan batmasının üçüncü illidönümü ilə bağlı çıxışı zamanı deyib. Seul hücumun Pyenxan tərəfindən törədildiyini deyir. Şimali Koreya 46 dənizçinin ölümünə səbəb olan insidentlə əlaqəsi olduğunu danır.
XS
SM
MD
LG