Accessibility links

Cənubi və Şimali Koreya yeganə müştərək layihəni dayandırmağa hazırlaşırlar [Fotoqalereya]


Cənubi Koreya işçilərini şimalda yerləşən sənaye bölgəsindən çıxarmağa hazırdır

Cənubi Koreyalı nazir deyir ki, Seul Şimali Koreya ilə ortaq sənaye şirkətindəki işçilərinə təhlükə yaranarsa onları geri çəkəcəyini deyib.

Birləşdirmə naziri Ryu Kihl-Cae jurnalistlərlə müsahibəsində bildirib ki, Cənubi Koreyanın Kaesonqdan işçiləri çıxartmaq haqda heç bir təcili planı yoxdur, bu işçilərə qarşı hələlik təhlükə o qədər də yüksək deyil. Ryu işçilərin bölgədən necə çıxarılacağı haqda məlumat verməyib.

Kaesonq sənaye kompleksi şimali və cənubi Koreya arasında son ortaq müəssisədir və bu Pxenyan üçün nağd maliyyə mənbəyidir.

Birləşmiş Ştatlar güman edir ki, Şimali Koreya yaxın günlərdə raketlərdən birini atacaq.

ABŞ müdafiə nazirliyi rəsmiləri Amerikanın Səsinə müsahibədə Pxenyanın təhdidlərini ciddi qəbul etdiklərini və yaxın günlərdə Şimali Koreyanın raketlərdən birinin atacağını ehtimal etdiklərini deyib.

Şimali Koreya bildirib ki, bu ölkənin hərbi rəsmiləri Birləşmiş Ştatlara qarşı nüvə hücumları üçün son təsdiqi qəbul edib. Təhlilçilər Pxenyanın bu təhdidinin öhdəsindən gələ bilməyəcəyi qənaətindədirlər.

Cənubi Koreya rəsmiləri şimalın nüvə başlıqlarindan birini ölkənin şərqinə yerləşdirdiyini təsdiqləyiblər. Müdafiə naziri Kim Kvan-cin bildirib ki, bu raket uzaq mənzilli olsa da ABŞ-a çatması imkansızdır.
XS
SM
MD
LG