Accessibility links

Şimali Koreya Cənubi Koreya parlamentinin dalana dirənmiş danışıqların bərpasına çağıran qətnaməni rədd edib.

Cənubi Koreya Unifikasiya Nazirliyinin sözçüsü mətbuat konfransında bildirib ki, Pxenyan rədd cavabı üçün heç bir əsas göstərməyib.

Cənubi Koreya Milli Şurası ötən il dekabrın sonlarında qətnamə qəbul edərək iki koreyalıların unifikasiyasına hazırlığa və gərginliyi azaltmaq üçün tərəflər arasında danışıqlara çağırmışdı.

Rəsmi Seul habelə Koreyalararası danışıqların bu ay keçirilməsini təklif etsə də, Pxenyan bu təklifə hələlik cavab verməyib.

Şimali Koreya lideri Yeni İl münasibətilə xalqa müraciətində Kim Conq Un bildirib ki, o, Cənubla zirvə görüşü keçirilməsinə hazırdır.

XS
SM
MD
LG