Accessibility links

Cənubi Koreya prezidenti Park Ginhyunun impiçmenti bazar ertəsi baş nazir vəzifəsini müvəqqəti icra edən Hvanq Kyoahnın korrupsiya qalmaqalına dair müstəqil araşdırmaların müddətini uzatmaqdan imtina etdiyinə görə sonuncu mərhələsinə keçib.

Park administrasiyası tərəfindən təyin edilən prokurorların maraqlarının toqquşması ilə qarşılaşacağından ehtiyat edildiyinə görə dekabrda xüsusi istintaq qrupu təyin edilib.

Lakin prezident Park və onun müdafiə qrupu əməkdaşlıqdan imtina edib və müvəqqəti prezident Hvanq milli təhlükəsizlik səbəbi ilə onun Blue House-dakı ofislərində axtarışların aparılmasına dair müraciət edildiyini təkzib edib.

Müvəqqəti prezidentin sözçüsü bildirib ki, təhqiqatların nəzərdə tutulmuş zamanda başa çatdırılmasının ölkənin maraqlarına xidmət etdiyini bildirib.

90 gün müddətində xüsusi istintaq qrupu Samsung-un lideri Cey Li də daxil olmaqla, korrupsiya qalmaqalı ilə əlaqədar bir çox siyasətçi və biznesmeni ya ittham və ya həbs edib.

Cənubi Koreya qanunvericiləri ötən ilin dekabrında prezident Parkın vəzifəsindən uzaqlaşmasına səs verib. Koreya şirkətlərini hökumətdən əlverişli şərtlər qarşılığında iki fonda 69 milyon dollar pul ianə etməyə məcbur edən prezident Parkın uzun zaman dostu olmuş Çoi Sun-silin onunla sözləşdiyi deyilir.

XS
SM
MD
LG