Accessibility links

Cənubi və Şimali Koreyalar ailələrin birləşməsi ilə bağlı danışıqlara başlayıb


Ailələr son dəfə 2014-cü ilin fevral ayında bir araya gətirilib

Şimali və Cənubi Koreya nümayəndələri 60 il öncə Koreya müharibəsi nəticəsində ayrılan ailələri bir araya gətirmək məqsədilə danışıqlara başlayıb.

Həm Seul, həm də Pxenyandan gəlmiş Qırmızı Xaç rəsmiləri sülh kəndi Panmuncomda toplaşaraq, ailələrin harada və nə vaxt bir araya gətiriləcəyi məsələsini müzakirə ediblər. Ailələr son dəfə 2014-cü ilin fevral ayında bir-biri ilə görüşüb. Bu dəfə isə görüşün oktyabr ayında Şimali Koreyanın Mount Kumqanq kurortunda baş tutacağı ilə bağlı məlumatlar gəlir.

1950-53-cü illərdə baş verən müharibə nəticəsində ölkə komunist Şimali Koreyaya və demokratik Cənubi Koreyaya bölünüb və nəticədə milyonlarla koreyalı ailə bir-birindən ayrılıb. Onlar ilk dəfə olaraq 2000-ci ildə tarixi Koreyalararası sammitdə bir araya gəliblər.

Ailələrin birləşməsi üçün 66 min cənubi koreyalı müraciət edib, ancaq hər dəfə onlardan yalnız bir neçə yüz nəfər seçilir. Bu görüşlər əvvəllər hər il baş tuturdu, ancaq sərhəddə gərginliyin artması onların daha az keçirilməsinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG